Hazırda Nəsimi Nəbizadə ilə birlikdəyik və onun vəziyyəti qənaətbəxşdir. Yaxın zamanda Yutub çəkilişlərinə start verilməsi planlaşdırılır.
Bunu BUTA.TV-a açıqlamasında Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov tanınmış jurnalistlər Nəsimi Nəizadə və Ceyhun Əsgərovun müalicəsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, Nəsimi Nəbizadənin dişləri ilə bağlı müəyyən problemlər var və bu səbəbdən hazırda efir üçün uyğun deyil:
“Məsələ həll olunduqdan sonra çəkilişlər dərhal başlayacaq. Ceyhun Əsgərovun vəziyyəti isə yaxşıdan da yaxşıdır. O, artıq “Empatiya” adlı verilişlə efirə qayıdıb. Verilişin ilk müsahibi mən olmuşam ki, bu da mənim üçün qürurvericidir. Qeyd edim ki, cəmi üç ay əvvəl evindən ağır vəziyyətdə götürdüyüm bir dostum bu gün tamamilə fərqli bir mərhələdədir - sağlam vəziyyətdə, kamera qarşısında və yenidən öz sözünü deyən bir insan kimi”.
Qeyd edək ki, tanınmış teleaparıcı, əməkdar jurnalist, uzun illər AzTV-də aparıcı kimi fəaliyyət göstərmiş Nəsimi Nəbizadə bir müddətdir narkotik, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, uzun müddət teleaparıcı kimi fəaliyyət göstərmiş jurnalist Ceyhun Əsgərov isə alkoqol asılılığına görə Qurtuluş Reabilitasiya Mərkəzində müalicə alırlar.
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto
- Bakıda güclü külək nə vaxta qədər əsəcək?
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq
- Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü
- Əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib