Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir

22:30 - 7 Yanvar 2026 - GÜNDƏM

 Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda fədakarlıq göstərən şəhidlərimiz, onların ailə üzvləri və qazilərimiz dövlət və cəmiyyət tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunub. Onlar öz canları və sağlamlıqları bahasına tarix yazıblar. Məhz bu səbəbdən müharibə başa çatan kimi dövlət başçısının ilk addımlarından biri qazilərlə görüşmək və onların problemlərini birbaşa nəzarətə götürmək oldu.

Bu sözləri BUTA.TV-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, eyni zamanda müharibədən dərhal sonra qazilərin reabilitasiyası ilə bağlı geniş tədbirlərin icrasına başlanıldı:

“Bu prosesdə qardaş Türkiyə də Azərbaycanın yanında oldu. Türkiyədən gələn psixoloq briqadaları yerli mütəxəssislərlə birgə qazilərə və şəhid ailələrinə psixoloji dəstək göstərdi. Şübhəsiz ki, müharibə ağır psixoloji nəticələr doğurur və müharibədə iştirak etmiş şəxslərin reabilitasiyası uzunmüddətli prosesdir. Bu hal bütün müharibə aparmış ölkələr üçün xarakterikdir və “Vyetnam sindromu” kimi anlayışlarla da izah olunur. Təcrübə göstərir ki, qazilərin postmüharibə dövründə cəmiyyətə adaptasiyası üçün motivasiya, yeni fəaliyyət sahələri və məqsədyönlü proqramlar vacibdir. Dövlət bu istiqamətdə də addımlar atır. Postmüharibə dövründə əsas məsələ qazilərimiz üçün yeni hədəflərin müəyyənləşdirilməsidir”, - o qeyd edib.

Sosioloq bildirib ki, son dövrlər mətbuatda Azərbaycan vətəndaşlarının Rusiya–Ukrayna müharibəsində həlak olması ilə bağlı məlumatlar yayılır:

“Bu hallar ayrı-ayrı motivasiyaedici çağırışlarla əlaqəli ola bilər, lakin kütləvi xarakter daşımır. Bununla belə, əgər belə hallar tendensiya halını alarsa, dövlət tərəfindən araşdırılacaq və qarşısı alınacaq. Çünki bu, Azərbaycanın müharibəsi deyil və vətəndaşlarımız bizim olmayan münaqişələrdə iştirak etməməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol