Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex Trucks & Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, “İmprotex Trucks & Buses” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 572 551.38 manat vergi borcunun olduğu üzə çıxıb.
Bundan əvvəl isə şirkətlər qrupuna daxil olan “İmprotex İndustries” MMC-nin ötən ayın sonunda dövlət qarşısında külli miqdarda - 2 223 740.24 manat vergi borcunun olduğu üzə çıxıb. Amma qısa müddət sonra həmin borc ödənilib.
Xatırladaq ki, “Improtex” şirkətlər qrupunun bir qolu olan “İmprotex Trucks & Buses” şirkəti 2005-ci ildən dünya şöhrətli “MAN Truck & Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır.
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video
- “Neft sata bilmirik, fabriklərimiz dağılıb”
- Müdafiə nazirinin ən gənc müavini 40 yaşını qeyd edir
- Sabah çimərliklərdə hava necə olacaq?
- “Amay”da öldürülən Orxan iş adamı imiş - Foto