İranın sonuncu şahının oğlu Rza Pəhləvinin İran xalqını 8 və 9 yanvar tarixlərində küçələrə çıxmağa çağırması onun özü, o cümlədən ABŞ və İsrail üçün nəbz yoxlamasıdır. Rza Pəhləvi ABŞ və İsraildə özünü İran rejiminə əsas alternativ kimi tanıtdırıb. Pəhləvini həvəsləndirən İranda son etiraz yürüşlərində onun adının hallandırılması, lehinə şüarların səsləndirilməsi olub. Halbuki İranda yaşayan müxtəlif millətlər, o cümlədən azərbaycanlıların mütləq əksəriyyəti molla rejiminin yerinə Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Buna baxmayaraq, molla rejiminə etiraz edən farslar arasında Pəhləvilərə simpatiyası olanlar az deyil. Əgər Pəhləvinin çağırışına uyğun olaraq 8 və 9 yanvar tarixlərində İranda etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olarsa, Vaşinqtonun və Təl-Əvivin Rza Pəhləviyə inamı artacaq, əks halda ABŞ və İsrail alternativ variantlar üzərində planlar qurmağa başlayacaqlar”, - politoloq qeyd edib.
- Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos
- Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan
- İlham Əliyev Davosda panel iclasda iştirak etdi
- Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama
- 2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı
- Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama
- İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı