8 illik güzəşt ləğv olundu: Kərə yağı bahalaşacaq? - Video

05:51 - 10 Yanvar 2026 - GÜNDƏM

 8 illik güzəşt ləğv olundu: Kərə yağı bahalaşacaq? - Video

Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb.

BUTA.TV İTV-yə istinadən xəbər verir ki, 2017-ci ildən bəri 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb. Paytaxt marketlərində aparılan araşdırma nəticəsində məlum olub ki, hazırda kərə yağının qiymətində ciddi artım müşahidə olunmur.

Mövcud satış qiymətləri barədə məlumat verən satıcı bildirib:

"Qiymətlər 4-5 ay əvvəl qalxmışdı. Alıcılar daha çox Yeni Zelandiya və yerli istehsal olan məhsullara üstünlük verirlər. Hazırda kərə yağının qiyməti 14 manatdan başlayaraq 30 manata qədər dəyişir".

Bu xəbər hal-hazırda çox oxunur
Tramp işğala hazırlaşır - Putin yardım edəcək?

Kərə yağı Azərbaycanda istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarından biridir. Rəsmi statistikaya görə, ölkədə kərə yağına illik tələbat 38-40 min tondur. Azərbaycan bu məhsulu ən çox Yeni Zelandiya, Belarus və Ukraynadan idxal edir.

Bəs idxal rüsumunun artırılması qiymətlərə necə təsir edəcək? İqtisadçı Rəşad Həsənov məsələni belə şərh edib:

"Bu istiqamətdə il ərzində adambaşına düşən xərc 10% və ya orta hesabla 12-20 manat civarında artır. Bu da orta statistik 4 nəfərlik bir ailə üçün 50 manatdan 80 manata qədər əlavə xərc yükü formalaşdırır. Rüsum üzrə güzəştin ləğv edilməsi qiymət artımlarını şərtləndirməklə, kərə yağının 2026-cı ildə 15-17% bahalaşmasına gətirib çıxara bilər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol