Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş.
O, 2023-cü ildə Kamal Abdullanın müvafiq əmri ilə Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin ictimai əsaslarla dekan müavini olub.
Həmin dövrdə onun təyinatı barəsində yerli mətbuatda xəbərlər tirajlanmışdı. J.Eyvazovanin nümunəvi və fəal tələbə olduğu bildirilsə də, onun tələbə olduğu halda dekan müavini təyin edilməsi ictimaiyyətdə birmənalı qarşılanmamışdı.
ADU-dan sorğumuza cavab olaraq bildirildi ki, Jalə Eyvazova fəal tələbə olduğu və qiymətləri yüksək olduğu üçün 2023-cü ildə ictimai əsaslarla dekan müavini təyin olunmuşdu. Həmin il universiteti bitirəndə ictimai əsaslı vəzifəsindən azad olunmuşdu.
Fotoda: Jalə Eyvazova
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
- Buzlu yol Salyanda ağır qəzaya səbəb oldu - Video
- Məhkəmədən Mirədalət Talışxanov barəsində qərar...
- Pensiyalar yeni artımla nə vaxt ödənəcək? - Rəsmi
- AzerGold QSC-nin təsis edilməsindən 11 il ötür