Əmək Məcəlləsinə təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.
BUTA.TV xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
“Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əmək haqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur”, - o bildirib.
- 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi
- Yol polisindən qarlı hava ilə bağlı xəbərdarlıq
- Övladına xəsarət yetirən AXCP funksioneri saxlanıldı
- Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
- Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə etiraz
- Polis olmaq istəyən qadınların nəzərinə!
- “Okuklu Holding”in qanunsuz tikinti cəhdi polis tərəfindən dayandırıldı
- 4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa buraxıldı