Ölkələrimizin danışıqları başa vurduğunu və Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzaladığını elan etməkdən qürur duyuruq.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti C.D.Vens İrəvanda bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatında deyib.
“Bu proses başladıqdan sonra Amerika və Ermənistan şirkətlərinin gələcək layihələri üçün yol açacaq. Söhbət təxminən 5 milyard dollarlıq ilkin investisiyadan, ikinci mərhələdə isə əlavə 4 milyard dollar investisiyadan gedir. Bu, həm Ermənistan, həm də ölkəmiz üçün qarşılıqlı faydalı bir vəziyyətdir, enerji təhlükəsizliyini və sabitliyini təmin edir, həm də ABŞ-da və Ermənistanda çoxsaylı iş yerləri yaradır.
Söhbət kiçik modul reaktorlardan gedir, yəni Amerika texnologiyası bu ölkəyə gələcək. Ölkəmiz çox nadir hallarda bu cür texnologiyanı başqa bir ölkəyə ötürür və bu, baş nazirinizin liderliyi sayəsində mümkün olub”, - deyə Vens Paşinyana jest edildiyini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq ticarət və tranzit üçün yeni bir dünya açılacaq ki, bu da sülh prosesinə töhfə verəcək: “Biz yaradılan sülhün yaşamasını istəyirik”.
- Mehdiyevin ŞOK ƏMƏLLƏRİ bir-bir ÜZƏ ÇIXIR - SƏN DEMƏ...
- Bu əraziyə 37 sm qar yağdı
- Ərazi zibil içində batır, sədr “xəbərçini” axtarır - Foto
- Ukraynada döyüşən məşhur azərbaycanlı öldü - Foto
- Dəm qazı daha bir can aldı
- Bu şəxslərin pensiya kapitalı 2800 manat artacaq
- Tahir Budaqov kollektivə təqdim olundu - Foto
- Tərtər hadisələrində məşhur generalın adı niyə hallanır?