Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Nəsimi Nəbizadə deyib.
O bildirib ki, hazırda bununla bağlı danışıqlar aparır:
"Müalicədə olanda fikrim var idi ki, reabilitasiya mərkəzi açım. Müalicədən qayıdandan sonra bu barədə məsləhətləşmələr apardım və qərar verdim. Yaxın vaxtlarda bu lahiyəni reallaşdırmağa çalışacağam. Artıq bununla bağlı təkliflər də almışam, iki şirkətlə danışıqlar gedir. Yəqin ki, yaxın vaxtlarda razılıq əldə olunacaq və reabilitasiya mərkəzinin açılışını elan edəcəyik. Ümid edirəm ki, bu mərkəz narkotik və alkoqol asılılığından əziyyət çəkən bir çox şəxsə yardım edəcək".
Qeyd edək ki, N.Nəbizadə bir müddət əvvəl "Qurtuluş" reablitasiya mərkəzində müalicə alıb. 4 aylıq müalicədən sonra o, mərkəzi tərk edib. Hadisədən bir neçə gün sonra məlum oldu ki, Sumqayıt Şəhər Prokurorluğu adıçəkilən mərkəzdə araşdırmalar aparıb və orada aşkarlanan qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə "Qurtuluş" reablitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib.
- Tanınmış həkimə vəzifə verildi
- ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı