Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən proqram Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə əsasında həyata keçirilir.
Proqram çərçivəsində hər iki ölkənin vətəndaşları tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edirlər.
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
Təqaüd proqramına müraciət üçün son tarix 16 mart 2026-cı il müəyyən edilib.
Proqram barədə ətraflı məlumatla müvafiq elan vasitəsilə tanış olmaq mümkündür.
- Nazirlikdən küləkli havada çimərliyə gedənlərə xəbərdarlıq
- Ermənistana 8 vaqon buğda göndərildi
- Bakıda mağaza uçdu: qadın dağıntılar altında qaldı - Video
- Evdən 21 yaşlı qızın meyiti tapıldı
- “28 May”da vəziyyət necədir? - Fotosessiya
- Elman Paşayevin oğlunun ittiham olunduğu cinayət işi: Yeni təfərrüat
- Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
- “Sevgilim olduğuna görə məni hamının qarşısında şallaqladılar”