Azərbaycanda ən stajlı məmurlardan biri də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində doğulan Məleykə Abbaszadənin həyatının ən məhsuldar illəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. Xanım Abbaszadə 32 ildir bu qurumun rəhbərliyində təmsil olunur.
BUTA.TV CityPost.az-a istinadən xəbər verir ki, Məleykə Abbaszadə xalq yazıçısı, məşhur "General" romanının müəllifi, "Şöhrət" ordenli Hüseyn Abbaszadənin gəlini olub. Abbaszadə soyadını birinci evliliyi zamanı nikah bağlayarkən qəbul edib. M.Abbaszadə Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə evli olub.
Onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetində birgə təhsil alıblar. İlqar Abbaszadə biologiya elmləri namizədidir. Hazırda ABŞ-da yaşayır. Pedaqoji fəaliyyətlə məşğuldur.
Onların birgə nikahdan iki qız övladı dünyaya gəlib. Böyük qızları Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnistutunda Beynəlxalq Məsələlər üzrə prorektor vəzifəsində çalışıb. O, 2020-ci il iyulun 18-də ürəktutmasından vəfat edib.
Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
Qeyd edək ki, İlqar Abbaszadə ikinci dəfə ailə həyatı qurub. Qızı Lina, oğlu Mikayıl isə ikinci nikahdandılar. Yoldaşı Oksana Abbaszadə məşhur "Paul Mitçell" kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var.
- Səfərdə bir kitabla başlayan gözəl anlar
- Sabiq məmur daha bir şadlıq sarayını aldı
- Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar
- “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
- Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu
- Sabah hava necə olacaq?
- 66 yaşında yüksək vəzifəyə təyin olundu - Foto
- Naxçıvanda bir ailənin 6 üzvü qazdan zəhərləndi: ölən var