Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistan konstitusiyası ilə bağlı məsələdə mən təfərrüata çox getmək istəməzdim. Siz burada qeyd etdiniz, müstəqillik haqqında bəyannaməyə gəldikdə, Ermənistanın mətnində Azərbaycana ərazi iddiaları var. Bu, preambulada yazılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə erməni nümayəndənin təxribatçı sualına cavabında bildirib.
“Konstitusiyada bu var, “Vikipediya”dan yoxlaya bilərik. Görüşümüzü başa çatdırmadan baxa bilərsiniz. Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz. Hüquqşünas deyiləm, amma bunu başa düşürəm. Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması sülh sazişinin imzalanması üçün yeganə ilkin şərtdir ki, həll olunmamış qalır.
Bu gün Ermənistanla Azərbaycan arasında daha çox anlaşma var ki, bununla bağlı hansı addım atılmalıdır. O ki qaldı "sülh yolu qovşağı"na, bilirsiniz, Prezident Tramp vəzifəyə qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü. Daha sonra Bayden kimi prezident gəlsə, o, sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək”, - İlham Əliyev qeyd edib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio