İctimai nəqliyyatı minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləyin.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
"Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.
Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
Dəyərli piyadalar!
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizi şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır", - məlumatda bildirilib.
- Uşaq evində 1 yaşlı uşaq qızılcadan öldü
- Xaricdə təhsil almaq istəyənlərin nəzərinə! - Tarix...
- 22,7 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
- Bu yolda sürət həddi endirildi
- DYP-dən dumanlı hava ilə bağlı müraciət
- Astarada əməliyyat: saxlanılanlar var - Video
- Bakıda duman müşahidə olunur
- Tarixin bizə verdiyi dərsləri... - Budanov