Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib

20:56 - 16 Fevral 2026 - GÜNDƏM

 Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib

Azərbaycan Jurnalistlər Birliyində sədrin müavini vəzifəsinə hələ rəsmi təyinat yoxdur.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında bildirib:

"Təyinat barədə konkret vaxt bilmirik. Amma yeni idarə heyəti hazırlayırıq. Hazır olan kimi, bu barədə ictimaiyyətə məlumat veriləcək".

O qeyd edib ki əvvəlki idarə heyətinin demək olar ki, 95 faizi vəfat edib:

"Bu səbəbdən yeni idarə heyəti formalaşdırılacaq".

Təşkilatın mindən çox üzvü olduğunu qeyd edən Elçin Şıxlı vurğulayıb ki, Birliyin saytı da yenilənəcək:

"Saytda təşkilatın fəaliyyəti və jurnalistika fonunda Azərbaycanda, eləcə də dünyada baş verən tendensiyalar əksini tapacaq".

"İdarə heyəti 8-10 nəfərdən, plenum isə 40 nəfərdən ibarət olacaq. Jurnalist üzvlərin, əsasən, gənc olmasına diqqət yetiriləcək", - deyə E.Şıxlı əlavə edib.

Xatırladaq ki, Azərbaycan Jurnalistlər Birliyinə ayrı–ayrı vaxtlarda İsrafil Nəzərov, Kamran Rəhimov, Ağababa Rzayev, Rəşid Mahmudov, Rafiq Zeynalov, Hacı Hacıyev kimi jurnalistlər sədrlik etmişdi. 2006-cı ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol