"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi Namiq Məmmədov və həmin qurumun baş mühəndisi Elşən Rəhimov işdən çıxarılıb.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov əmr imzalayıb.
Baş direktorun digər əmri ilə idarə rəisinin səlahiyyətləri müvəqqəti olaraq Samir Həsənova tapşırılıb. O, bundan əvvəl "Azəriqaz" İstehsalat Birliyinin Binəqədi rayonu üzrə satış müdirinin müavini olub.
Xəbərlə bağlı "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyevə bir gün əvvəl sorğu ünvanlasaq da, hələlik rəsmi cavab verilməyib.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Əldə etdiyimiz digər məlumata görə, hüquq-mühafizə orqanları Namiq Məmmədov və İdarənin digər bir neçə vəzifəli şəxsləri ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Namiq Məmmədov bu vəzifəyə qədər Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsini icra edib. O, ötən ilin iyun ayında Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi təyin olunmuşdu.
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?
- Taleh Quliyev vəzifəsindən ayrıldı
- İraqa köçürülən İŞİD-çilər arasında 55 azərbaycanlı var
- Magistraturaya qəbul: bu tapşırıqların nəticələri açıqlandı
- XİN-dən Qaradağlı faciəsi ilə bağlı paylaşım
- "Azəriqaz"ın idarə rəisi işdən çıxarıldı - Araşdırma başladı
- Arvadına və uşaqlarına zorakılıq edən şəxs həbs edildi
- "Azərsilah"da yeni təyinat - Foto