Ali məktəblərdə dərslər başlar-başlamaz Bakı metrosunda problem əskik olmur.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu gün səhər də pik saatlarda "Əhmədli"-"İçərişəhər" xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq yaranıb və marşrut üzrə hərəkətini davam etdirə bilməyib. Nəticədə sərnişinlər qatardan düşürülüblər. Sərnişinlərin verdiyi məlumata görə, interval 13 dəqiqəyə qədər artıb.
Bu, dərhal Bakı metrosunun həmin xətt üzrə bütün stansiyalarında ciddi sərnişin sıxlığı ilə müşahidə olunub.
Qeyd edək ki, ötən gün də analoji problemlər müşahidə edilmişdi.
- Bakıda motosikleti təhlükəli sürən sürücü saxlanıldı
- Argentina İordaniyanı məğlub etdi - Yenilənib
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto