“İstanbul NS” klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edildiyi müəyyən olunub.
Bu səbəbdən klinika İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinib. Həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir.
Qərara əsasən, “İstanbul NS” klinikası 20 min manat məbləğində cərimə olunub.
- Sökdükləri divardan qızıl töküldü - Fotolar
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto