Bakıda adam bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun barəsindəki hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.
BUTA.TV xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Emin İbrahimovun verdiyi şikayət təmin edilməyib.
Qeyd edək ki, hadisə 2024-cü ildə Bakının Nizami rayonunda qeydə alınıb.
İttihama görə, Emin İbrahimov Kamal Hacıəli oğlu Şükürov adlı Qaraçuxur sakini ilə mübahisə edərkən ona bıçaqla xəsarət yetirib.
Sabiq diplomat Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. İbrahimov 7 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin edilməyib.
Xatırladaq ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
- Azərbaycanda zəlzələ oldu - Yenilənib