İran məsələsi Türkiyə və Azərbaycana birbaşa təsir edir.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Əgər İranda Suriyadakına bənzər bir qarışıqlıq baş verərsə, bunun bütün regiona və dünyaya təsiri fərqli olar. Amma bu təsir Azərbaycan və Türkiyədə daha güclü şəkildə hiss olunacaq. Elə bu səbəbdən də Türkiyə və Azərbaycan İran ilə ABŞ arasında problemin danışıqlar yolu ilə həllini arzu edir. Türkiyə bu istiqamətdə səylər göstərir. Lakin istər-istəməz ABŞ-ın bölgədəki hərbi qüvvələri bütün dünyada narahatlığı artırır. Ümid edirik ki, hər hansı bir qarşıdurmaya səbəb olmadan bu məsələ ən qısa zamanda öz həllini tapacaq”, - F.Oqtay qeyd edib.
- Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
- Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi
- “Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər
- “Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
- Azərbaycanda zəlzələ oldu - Yenilənib