Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu

13:44 - 26 Fevral 2026 - GÜNDƏM

 Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu

“İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) üzrə rəsmiləşdirilib.

Qərara əsasən, Jalə Əhmədova 2 min manat məbləğində cərimə olunub.

Bildirilib ki, İctimai Birlikdə çalışan əməkdaşlardan biri əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.

Bu xəbər hal-hazırda çox oxunur
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Xidmət məsələ ilə əlaqədar İctimai Birliyə rəsmi məktub ünvanlayaraq, şikayətdə adı çəkilən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunmasını tələb edib.

Lakin göstərilən müddət ərzində həmin sənədlər Xidmətə təqdim edilməyib.

Bu səbəbdən də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol