Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi işləri davam etdirilir.
Bu barədə BUTA.TV-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti tədbirlər Nazirliyin Qarabağ Regional Mərkəzi tərəfindən Xocalı şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəblərində keçirilib.
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda keçirilən tədbirlərin təşkil edilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə və məktəb kollektivinə müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
- “Sea Breeze”də uşağın ayağı hovuzdakı su nasosunda sıxılı qaldı
- Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı
- 40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir...
- Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
- Azərbaycanda zəlzələ oldu - Yenilənib
- Peşə təhsili müəssisələrinə tələbə qəbulunun cavabları
- Şəkər xəstəliyindən əməliyyatla azad olmağın yolu...
- Bakıda axund cərimələndi - Səbəb