Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Ələt-Astara magistralının Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan KİA markalı avtomobil anidən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Namaz Qurban oğlu Babayev hadisə yerində ölüb, 2007-ci il təvəllüdlü Nahid Sadiq oğlu Orucsoy müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxs ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
- Şəkər xəstəliyindən əməliyyatla azad olmağın yolu...
- Bakıda axund cərimələndi - Səbəb
- “Bibi” özünün ən böyük düşmənidir”
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?