Vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirli bilinən hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z.Zəki ötən ilin mart ayında saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
- Qubada güclü zəlzələ oldu
- Azərbaycanda zəlzələ oldu
- Peşə təhsili müəssisələrinə tələbə qəbulunun cavabları
- Şəkər xəstəliyindən əməliyyatla azad olmağın yolu...
- Bakıda axund cərimələndi - Səbəb
- “Bibi” özünün ən böyük düşmənidir”
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...