Ləğv olunmuş Azərsu ASC-nin tabeliyindəki Birləşmiş Sukanal MMC ləğv olunduğunu elan edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 67 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. "Azərsu" "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birlikdə Agentliyin tabeliyinə verilib.
- Bakıda axund cərimələndi - Səbəb
- “Bibi” özünün ən böyük düşmənidir”
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi