Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şahbuz şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.
BUTA.TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil ocağının kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Təlimin praktiki hissəsinə şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən şagirdlərin təxliyəsi həyata keçirilib, “zərəçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş verən məktəbdə təxliyə planına uyğun olaraq, binada qalmış şagirdlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “zərərçəkmişlər xilas olunaraq onlara ilkin yardım göstərilib”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.
- Bakıda axund cərimələndi - Səbəb
- “Bibi” özünün ən böyük düşmənidir”
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi