Qarabağdakı keçmiş separatçı-terrorçu rejimin “deputatı” Aramais Ağabekyan sosial şəbəkə paylaşımında İranla bağlı çox ilginc bir fakt açıqlayıb. O, SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin vaxtilə separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərində də şəbəkə qurduğunu etiraf edib.
BUTA.TV xəbər verir ki, bu barədə Cavanşir Həsənli qeyd edib.
“Sitat: “Hər şey 3 yanvar 2020-ci ildə, Qüds komandiri Süleymani öldürüldükdə başladı.
O, evdə oturub sülh vədləri verməyə inanmayan, əksinə, İraq, Suriya, Livan, hətta Ermənistan və Artsaxda şəbəkə quran adam idi. Süleymani düşmənlərlə evində üzləşməkdənsə, çölə çıxmağın daha yaxşı olduğunu bilirdi, əks halda onlar onun evinə gələcəkdilər.
O, Artsaxın əhəmiyyətini başa düşən və Azərbaycanın hücumunun qarşısını almaq üçün həyatını təhlükəyə atan azsaylı insanlardan biri idi”.
Qeyd edək ki, Qasım Süleymaninin 1992-ci ildə Qarabağda erməni terrorçularla fotosu da o dövrdə yayılmışdı.
- “Bibi” özünün ən böyük düşmənidir”
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq