Məlumat yayıblar ki, Hacıqabulda keçirilən iftar süfrəsində icra başçısı Sevindik Hətəmov məni həbs etdirib. Yalandır, şayiələrə inanmayın. Məlumatları paylaşarkən diqqətli olun, insanlar narahat olur.
BUTA.TV xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında tanınmış müğənni Pünhan Piriyev bildirib.
Sənətçi qeyd edib ki, Hacıqabul rayonunun rəhbərliyi ona həmişə diqqət və qayğı göstərib:
“Həddim deyil ki, icra başçısı ilə qalmaqal yaşayım, artıq hərəkət edim, Sevindik müəllim də məni cəzalandırsın... O nə dedisə, biz “baş üstə” deyirik. Səhv edəndə də zəng edib deyir ki, “bala, səhv etmisən, düzəliş et, gələcəyin qarşıdadır”... Mən də həmişə böyüklərə hörmət etmişəm, rəhbərlər nə deyibsə, “baş üstə” demişəm... Çünki həmin insanlar uğurumuza sevinir”.
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Dövlət Agentliyi sahibkarlara müraciət etdi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq