Qazaxıstanın Bakıdakı səfirliyində yeni Konstitusiya ilə bağlı referendum çərçivəsində səsvermə keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Bakıdakı səfirliyi məlumat verib.
Yerli vaxtla saat 16:00-a olan məlumata görə, qeydiyyatdan keçmiş 200 seçicidən 162-si səs verib.
Seçicilər arasında Azərbaycan universitetlərinin tələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərinin Azərbaycandakı filiallarının əməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün Bakıya gələn qazaxıstanlı məktəblilərin valideynləri və müəllimləri var idi.
Xatırladaq ki, səfirlikdəki seçki məntəqəsi səsvermə üçün Bakı vaxtı ilə saat 20:00-a qədər açıq olacaq.
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Dövlət Agentliyi sahibkarlara müraciət etdi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq