Ötən il Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində baş verən və gənc qızın ölümü ilə nəticənən motosiklet qəzasına dair məhkəmə prosesi başa çatıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, məhkəmə hökmünə əsasən, ehtiyatsızlıqdan sevgilisi İnci Əsgərovanın ölümünə səbəb olan 1999-cu il təvəllüdlü Həbib Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, idarə etdiyi motosikleti hadisədən üç gün əvvəl alıb. O da məlum olub ki, Həbib motosikleti sürücülük vəsiqəsi olmadan idarə edib.
Təqsirləndirilən şəxs hadisə zamanı motosikleti 100 km sürətdən artıq sürətlə idarə etdiyi bildirib.
O, İncini təxminən hadisədən 4-5 ay əvvəl tanıdığını, onunla evlənmək fikrində olduğunu bildirib.
İnci Əsgərovanın hüquqi varisi məhkəmədə Həbibdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.
Qeyd edək ki, Həbib Məmmədov ona təyin edilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyulunda qeydə alınmışdı.
- Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?
- Xocavənddə açıq ərazidə yanğın başladı
- Bu ölkə ilə viza rejimi ləğv oluna bilər
- Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər yaradır?
- DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
- “20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram” - Açıqlama
- Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın!
- Hesablama Palatasına yeni səlahiyyətlər verildi