Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Putinin imzaladığı fərmanla Vaqif Yunus oğlu Kərimov Rusiya Federasiyasının "Əməkdar Elm Xadimi" fəxri adına layıq görülüb.
Qeyd edək ki, V. Kərimov 1949-cu ildə Bakıda doğulub. Geologiya və mineralogiya elmləri doktoru və professor olan Kərimov geologiya, neft və qaz kəşfiyyatı sahəsində aparıcı alimdir və 50 ildən artıqdır ki, elmi və pedaqoji fəaliyyətlə məşğuldur. Karyerası ərzində Sovet İttifaqı və Rusiya Federasiyası universitetlərində rəhbər vəzifələrdə çalışıb, o cümlədən İ.M. Qubkina adına Rusiya Dövlət Neft və Qaz Universitetində Neft və qaz kəşfiyyatı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri (2009-2018) vəzifəsini tutub. 2017-ci ildən indiyədək isə Moskvadakı Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri vəzifəsində çalışır.
- Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
- Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri...
- 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu