Ağsuda torpaq sürüşməsi qeydə alınıb. Hadisə 4 hərəkət zolaqğı olan Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Quzey kəndi ərazisindən keçən hissəsində baş verib.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, torpaq sürüşməsi zamanı uzunluğu təxminən 30, eni 20, dərinliyi isə 4 metr olan yarğan əmələ gəlib. Sürüşmə zamanı ərazidəki meşə ağacları torpaq altında qalıb, yolun mühafizə zolağı isə tamamilə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, bayram tətili günləri ilə əlaqədar sözügedən yolda paytaxtdan şimal-qərb rayonlarına və əks istiqamətdə avtomobillərin intensiv hərəkəti müşahidə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilib ki, sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. Aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ qaydada tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
- Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
- Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri...
- 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu