Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, yağıntılı havayla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir.
Sürücülərdən xahiş edirik:
- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.
- Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar.
- Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər.
- Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər;
- Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar.
Piyadalara tövsiyə olunur:
- Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər.
- Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər.
- Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.
- Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
- Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri...
- 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu