İsmayıllıda 6 otaqlı ev yandı

01:02 - 26 Mart 2026 - GÜNDƏM

 İsmayıllıda 6 otaqlı ev yandı

İsmayıllı rayonu ərazisində güclü yanğın baş verib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cülyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Vüsal Vəli oğlu Bayramova məxsus 6 otaqlı yaşayış evində yanğın baş verib.

Hadisə yerinə cəlb olunan İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bu xəbər hal-hazırda çox oxunur
“Qarabağ” pley-offda! - Video-Yenilənib

Yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol