Azərbaycanda bir vəzifəni uzun müddət daşıyanlardan biri də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadədir.
BUTA.TV xəbər verir ki, Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1970-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış Hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib.
1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.
1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib, 1995-ci ilin yanvar–iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək qurumun sədri vəzifəsini müvəqqəti icra edib. 2000-ci ilin oktyabr ayında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.
12 aprel 2016-cı ildə TQDK-nin bazasında yaradılan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə - nizamnamə dəyişikliyindən sonra isə İdarə Heyətinin sədri təyin edilib.
- Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi