Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “Haval” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Haval” markalı minik avtomobilində sərnişin sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı qalan sərnişin, 1962-ci il təvəllüdlü N.Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
- Pensiyalar ödənildi
- Yeni ekspres marşrutların dayanacaq məntəqələri - Video
- Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi