Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin edilib.
BUTA.TV nazirliyə istinadən xəbər verir ki, nazir Sahil Babayevin imzaladığı əmrə əsasən, sözügedən vəzifə Fərid Baxşıyevə həvalə olunub.
F.Baxşıyev əmək fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyində Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayıb, sonrakı illərdə Azərbaycanın Mərkəzi Bankının Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı, Azərbaycan Dəmir Yolları QSC-də İnvestisiya şöbəsinin rəisi, KPMG Azərbaycan və digər özəl konsaltinq şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
- Bu ərazilərə intensiv yağış yağır
- Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
- Biləcəri-Yalama dəmir yolu modernləşdirilir
- Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
- Xəzər dənizinin havanın temperaturuna təsiri...
- Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
- Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistenti...
- Bu gün Yasamalda işıq olmayacaq