Şimali Koreyada yerləşən “Rungrado 1 May Day” stadionu 114 min tamaşaçı tutumu ilə dünyanın ən böyük stadionu hesab olunur. Lakin bu nəhəng tikilidə futbol matçları keçirilmir.
“BUTA TV” xəbər verir ki, 1989-cu ildən fəaliyyət göstərən stadion yuxarıdan baxıldıqda maqnoliya çiçəyinə bənzəyən arxitekturası ilə diqqət çəkir. Həcminə görə dünyada birinci olması ilə yanaşı, istifadəsi ilə də fərqlənir.
Stadionun əsas funksiyası böyük tədbirlərə ev sahibliyi etməkdir. Xüsusilə məşhur “Arirang” şouları zamanı minlərlə insan eyni vaxtda səhnəyə çıxır, tribunalarda kart nümayişləri ilə nəhəng vizuallar yaradılır. Bu tədbirlər zamanı stadionun 114 min tutumu, demək olar ki, tam istifadə olunur.
Müasir dövrdə stadionların böyüklüyü yalnız tutumla deyil, eyni zamanda, mütəmadi istifadə, təhlükəsizlik standartları və beynəlxalq uyğunluq kimi meyarlarla da qiymətləndirilir. Bu baxımdan, Hindistandakı “Narendra Modi” stadionu 132 min tamaşaçı tutumu ilə aktiv idman tədbirləri üçün istifadə edilən ən böyük stadionlardan biridir. Avropada “Kamp Nou” uzun illərdir ən böyük stadionlardan biri olub və təmir prosesi ilə tutumunu artırmağa hazırlaşır.
“Rungrado 1 May Day” stadionu isə ölçüsü ilə rekordlar qırsa da, futbola ev sahibliyini etməməsi ilə fərqlənir və Şimali Koreyanın nəhəng şou mərkəzi kimi tanınır.






- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio