Ermənistanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Bakıda saxlanılan “erməni əsirlər”lə (müharibə cinayətlərinə görə məhkum edən separatçılar) bağlı məsələni əvvəlcə Nikol Paşinyanla, daha sonra Prezident İlham Əliyevlə müzakirə edəcək. Bu, rəsmi Paris üçün yeni çətinlik vəd edir. Çünki separatçıların azad edilməsi istəyi Bakının “qırmızı xətləri”ni keçmək cəhdidir, həmçinin Paşinyanın da məsələyə münasibəti mənfidir.
"BUTA TV" xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Makron bunu anlayır, hərçənd, İrəvan küçələrində erməni jurnalistlərin sualını cavabsız qoyması, yaxud məsələyə laqeyd mövqe sərgiləməsi Fransanın “erməni siyasəti”nə zidd olardı. Fransa prezidentinin açıqlaması həm ölkəsindəki erməni icmasının, həm Yelisey sarayına təsir imkanı olan erməni lobbisinin istəyini qarşılamaq, həm də Ermənistanda revanşist elektoratının inamını itirməmək məqsədi kimi görünür.
İstisna deyil ki, Makron İrəvan səfərindən sonra Əliyevlə danışmağa cəhd edəcək. Lakin Bakının cavabı bəllidir: ya Əliyev ümumiyyətlə Makronun zənginə cavab verməyəcək, ya da ona “qırmızı xətt”i yenidən göstərəcək.
Makronun məsələni ritorik çərçivədən kənara çıxarmayacağı ehtimalı daha çoxdur. Bunun əksi – Fransanın həbs edilən separatçıların - Vardanyan, Arutyunyan və digərlərinin azad edilməsində israrlı mövqeyi Parisin təkcə Bakı ilə normallaşan münasibətlərini deyil, ümumilikdə Cənubi Qafqazdakı mövqelərini yenidən risk altına sala bilər. Bu, Avropa İttifaqının regionla bağlı siyasətinə də ziddir”, - politoloq əlavə edib.
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı