ABŞ-də öz immiqrasiya statusunu dəyişərək “Green Card” almaq istəyən əcnəbilər bunu artıq ölkə xaricində, ABŞ Dövlət Departamenti vasitəsilə həyata keçirməli olacaqlar.
“BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin iş qeydlərinə istinadən “Reuters” agentliyi yayıb.
“ABŞ-də müvəqqəti olan və “Green Card” almaq istəyən əcnəbi müraciət etmək üçün öz ölkəsinə qayıtmalıdır”, - deyə məlumatda vurğulanıb.
Bununla belə, yeni qaydaların tam tətbiq mexanizmi, eləcə də hansı kateqoriyaların istisna olacağı qeyd olunmayıb.
- 4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
- “Səbrim tükənir yavaş-yavaş...” - Video
- Suda batan 50 nəfərin meyiti tapılıb - FHN
- Dünən dənizdə batan gənc müğənni imiş
- Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılmışdı
- Meşədə iki nəfərin meyitinin aşkarlanması: cinayət işi başladı
- Bir-dən təqaüdçülər üçün “Hər yaşa dost” təşəbbüsü
- Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər