2026/2027-ci tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisasların illik təhsil haqları 8 min manatadək yüksəlir.
BUTA.TV xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.
Bildirilib ki, I ixtisas qrupu üzrə ən bahalı ixtisaslar arasında ADA Universitetinin bütün ixtisasları yer alır. Universitetdə illik təhsil haqqı 6 000 manat təşkil edir.
Bakı Ali Neft Məktəbində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 4 500 manatdır.
Xəzər Universitetində isə bütün ixtisaslar üzrə təhsil haqqı 4 500 manat təşkil edir.
II ixtisas qrupu üzrə ən yüksək təhsil haqqı ADA Universitetində Maliyyə ixtisası üzrə müəyyənləşdirilib. Bu ixtisasda, ingilis dilində təhsil üçün illik ödəniş 8 000 manatdır.
Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi və Maliyyə ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 4 500 manatdır.
Xəzər Universitetində isə II qrup üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500, 5 000 və 5 500 manat arasında dəyişir.
III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının illik təhsil haqqı 4 800 manatdır.
ADA Universitetində Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Kommunikasiya və rəqəmsal media ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 6 000 manat təşkil edir.
Universitetdə Hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı isə 8 000 manatdır.
IV ixtisas qrupu üzrə ən yüksək təhsil haqları Azərbaycan Tibb Universitetində müəyyənləşdirilib. Universitetdə ixtisaslardan asılı olaraq illik təhsil haqqı 4 500-5 000 manat arasında dəyişir.
Xəzər Universitetində isə IV ixtisas qrupu üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500 manatdır.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama