Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində yeni hökm çıxarılıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Tural Musayevin sədrliyi ilə xüsusi ittihamçı Rüfət Nigar Rüfət qızının şikayəti əsasında Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.
O, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul vəsaiti tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Kosmetoloq Elnarə Ramiz qızı Rzayeva bundan əvvəldə mühakimə olunub. Onun barəsində amnistiya aktının tətbiqi ləğv edilib, onun barəsində 10 ay müddətinə islah işləri cəzası qüvvədə saxlanılıb. Yeni hökmə əsasən, Elnarə Rzayevanın barəsində olan əvvəlki hökmlə hazırkı cəza birləşdirilib, ona qəti olaraq 1 il müddətinə islah işləri cəzası təyin olunub.
Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə veriblər.
- Suda batan 50 nəfərin meyiti tapılıb - FHN
- Dünən dənizdə batan gənc müğənni imiş
- Meşədə iki nəfərin meyitinin aşkarlanması: cinayət işi başladı
- Bir-dən təqaüdçülər üçün “Hər yaşa dost” təşəbbüsü
- Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər
- Sabah hava necə olacaq?
- Dünən dənizdə batan “Krosna”nın solisti imiş - Video
- Sərhədi pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları...