Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir neçə şirkət ləğv edilib.
BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, "2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.
Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli cəmiyyətləri və "1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC də ləğv olunduğunu elan edib.
- Suda batan 50 nəfərin meyiti tapılıb - FHN
- Dünən dənizdə batan gənc müğənni imiş
- Meşədə iki nəfərin meyitinin aşkarlanması: cinayət işi başladı
- Bir-dən təqaüdçülər üçün “Hər yaşa dost” təşəbbüsü
- Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər
- Sabah hava necə olacaq?
- Dünən dənizdə batan “Krosna”nın solisti imiş - Video
- Sərhədi pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları...