Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev haqda danışıb.
“BUTA.TV” xəbər verir ki, o, Malta ilə yoxlama oyunu öncəsi bu gün Avstriyada keçirilən mətbuat konfransında E. Cəfərquliyevlə bağlı sualı cavablandırıb.
A.Abbasov deyib ki, E.Cəfərquliyevlə söhbəti olub:
“Elvinlə danışmışıq. Onun istəyini görürük, bəlkə də, böyük oyunlar üçün darıxıb. Belə matçlar onun üçün təkan olacaq. Elvin özünə yeni klub tapmalıdır. İnanıram ki, sentyabra qədər yeni komandasında oyun praktikasından əziyyət çəkməyəcək. Klubla arasında olan söhbətlərə çox qarışa bilmirik. İnanıram ki, klubu da Elvinin gələcəyini düşünəcək və şərait yaradacaq. O, Azərbaycan üçün vacib oyunçudur”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio