Qərbi Avropanın aparıcı ölkələrinin Rusiyanı Ukrayna ilə sülh danışıqlarına cəlb etmək təşəbbüsü Kiyevə güzəştlərə getməsi üçün təzyiqin artması ilə nəticələnə bilər.
BUTA.TV xəbər verir ki, bu fikri Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba bildirib.
Kulebanın fikrincə, Almaniya, Fransa və Böyük Britaniya (E3) Rusiya Prezidenti Vladimir Putini mövqeyindən geri çəkilməyə məcbur etmək gücündə deyillər. Buna görə də onların planları son nəticədə Ukraynaya zərər verə bilər:
“E3-ün Ukraynaya təsir etmək üçün həlledici rıçaqları var. Onların Rusiyaya isə belə həlledici təsiri yoxdur. Moskva qaçılmaz olaraq E3-ü Rusiya təkliflərinin qəbul etdirilməsinə çalışacaq və avropalıları Kiyevi, əks halda rədd ediləcək şərtləri qəbul etməyə inandırmağa təşviq edəcək”.
- Azovda azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
- Milli Qəhrəmanın ailəsinə ağır itki - Foto
- Prezident millimizi qələbə münasibətilə təbrik etdi
- Dubaydakı Konsulluğumuzdan Zeynəb Cavadlı ilə bağlı - Açıqlama
- Etibarnamə ilə alınan avtomobillərlə bağlı - Xəbərdarlıq
- Monteneqroya səfər etmək istəyənlərin nəzərinə...
- Onlayn falçılar, caduçıxaranlar... - Psixoloq
- Göyçayda əməliyyat: saxlanılanlar var