Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhər sakinləri ilə birbaşa ünsiyyətinin təmin olunması məqsədilə keçirdiyi səyyar görüşlər davam edir.
BUTA.TV xəbər verir ki, növbəti vətəndaş qəbulu şəhərin 9-cu mikrorayon ərazisində təşkil olunub.
Görüşdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.
Sakinlər əsasən məşğulluq imkanları, sosial təminat, məhəllədaxili abadlıq işləri, infrastrukturun yenilənməsi, sosial məsələlər və digər mövzularla bağlı müraciətlər səsləndiriblər.
Öz oğlunu 6 güllə ilə öldürdü: bıçaqla pul tələb edir, narkoman imiş - ANBAAN DƏHŞƏTLİ VİDEO
Şəhər rəhbəri tərəfindən vətəndaş müraciətlərinin operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunması üçün aidiyyəti təşkilatlara konkret göstərişlər verilib.
Qəbul zamanı qeyd olunub ki, Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq, sosial infrastrukturun yenilənməsi və şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində aparılan işlər mərhələli şəkildə davam etdirilir. Görülən tədbirlər şəhər sakinlərinin rahatlığının artırılmasına, yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Səyyar qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşılmasına görə minnətdarlıqlarını bildirərək, bu cür görüşlərin əhalinin problemlərinin operativ həllində mühüm rol oynadığını vurğulayıblar.
- Bakıxanovda yaşayış binası yanır
- İş yerindən 6 ton metal avadanlıq oğurlayan şəxs saxlanıldı
- Maşından bahalı qızıl boyunbağı oğurladı, saxlanıldı
- Paytaxtın mərkəzində premium yaşayışın simvolu...
- Yağıntılı hava nə vaxtadək davam edəcək?
- Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb
- MİQ-ə hazırlaşanların nəzərinə: Onların nəticəsi ləğv olunacaq
- Həlak olan azərbaycanlılardan ikisinin kimliyi məlum oldu