Pərvin Abışova və Sevil Mövsümova saxlanıldı

11:09 - 5 İyun 2026 - GÜNDƏM

 Pərvin Abışova və Sevil Mövsümova saxlanıldı

Sosial şəbəkələrdə "jurnalist adı altında reketlik etmək"də ittiham olunan bir neçə şəxsin saxlanılması ilə bağlı paylaşım yayılıb.

BUTA.TV Musavat.com-a istiandla xəbər verir ki, paylaşımda Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova barəsində çoxsaylı şikayətlər əsasında tədbir görüldüyü iddia olunur.

Bildirilib ki, onlar Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – dəfələrlə şantaj yolu ilə pul tələb etmə ittihamı əsasında Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıblar.

İddialara görə, adıçəkilən şəxslər barəsində məcburi gətirilmə qərarı tətbiq edilib və onların məhkəmə qarşısına çıxarılacağı qeyd olunur.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. İddiaların doğruluğu ilə bağlı hüquq-mühafizə orqanlarının mövqeyi gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol