Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.
- İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi...
- Ruslan Eyyubov həbsdən azad edildi
- İsa Həbibbəyli ona yüksək vəzifə verdi - Foto
- Korrupsiya ilə bağlı məlumat verənlərin müdafiəsi gücləndirilir
- Sabahın hava proqnozu açıqlandı
- Pensiya bu tarixdə ödəniləcək
- Evində bıçaqlanan 72 yaşlı kişi öldü
- Beş azərbaycanlının həlak olduğu hadisə ilə bağlı - Açıqlama