ABŞ Dövlət Departamenti regionda artan gərginlik fonunda Yaxın Şərq ölkələri üçün səyahət xəbərdarlığı yayıb.
“BUTA.TV”nun məlumatına görə, Departamentin açıqlamasında bildirilib ki, yüksək gərginlik səbəbindən təhlükəsizlik mühitində davam edən mürəkkəblik və sürətli dəyişikliklər nəzərə alınaraq, bölgədə yaşayan və ya səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına ehtiyatlı olmaları tövsiyə edilir.
Məlumata görə, ABŞ-nin səyahət tövsiyələri sistemində “Səyahəti yenidən nəzərdən keçirin” mənasını verən 3-cü səviyyə xəbərdarlığı Bəhreyn, İsrail, İordan çayının Qərb sahili, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün qüvvədə saxlanılıb.
Bununla yanaşı, “Səyahət etməyin” çağırışını ifadə edən 4-cü səviyyə xəbərdarlığının İran, İraq, Livan, Suriya, Qəzza zolağı və Yəmən üçün qüvvədə qaldığı bildirilib.
ABŞ rəsmiləri bölgədəki təhlükəsizlik vəziyyətinin sürətlə dəyişə biləcəyini vurğulayaraq, vətəndaşlara rəsmi xəbərdarlıqları izləməyi və səyahət planlarını diqqətlə nəzərdən keçirməyi tövsiyə ediblər.
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” “Orhus”u Bakıya gəlməyə peşman edir - Canlı-Yenilənir
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
- Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar+Video
- Naxçıvan Sənaye Parkının təməli qoyuldu - Fotolar+Video
- Hərracda iştirak etmək istəyənlərin diqqətinə: 64 avtomobil...
- Prezident və xanımı Naxçıvandadır - Foto-Video