Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb.
Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” “Orhus”u Bakıya gəlməyə peşman edir - Canlı-Yenilənir
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
- Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar+Video
- Naxçıvan Sənaye Parkının təməli qoyuldu - Fotolar+Video
- Hərracda iştirak etmək istəyənlərin diqqətinə: 64 avtomobil...
- Prezident və xanımı Naxçıvandadır - Foto-Video