Onlayn falçılıq, “cadu çıxarma”, “enerji təmizlənməsi” və “çakra açılması” kimi xidmətlər daha çox psixoloji ehtiyaclardan qaynaqlanır. Falçıların və dələduzların qurbanına çevrilənlər adətən emosional cəhətdən həssas, psixoloji gərginlik yaşayan, iradəsi zəif, asan qazanc əldə etmək istəyən, gələcəklə bağlı qeyri-müəyyənlik içində olan insanlardır.
Bu sözləri BUTA.TV-a açıqlamasında psixoloq Gülnar Orucova onlayn falçılıq və digər “mistik xidmətlər”in qurbanına çevrilən insanlar barədə danışarkən deyib.
“Bəzən insanlar həyatlarında çətin dövrlərdən keçdikdə - yüksək stress, ayrılıq yaşayanda falçılara müraciət edirlər. Onlardan həmin insanı həyatlarına qaytarmalarını istəyirlər. Bu isə fırıldaqçılara fürsət verir”, - Orucova bildirib.
Psixoloqun fikrincə, falçılara pul vermək doğru deyil:
“Onlar bəzən öz kimliklərini gizlədərək və ya saxtalaşdıraraq insanları aldatmağa çalışırlar. Kiçik məbləğlər olsa belə, bu cür hallara qarşı diqqətli olmaq və aşkarlandıqda hüquq-mühafizə orqanlarını məlumatlandırmaq vacibdir”.
- Qarabağdakı ödənişli yoldan möhtəşəm görüntülər - Video
- Azovda azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
- Milli Qəhrəmanın ailəsinə ağır itki - Foto
- Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
- Prezident millimizi qələbə münasibətilə təbrik etdi
- Dubaydakı Konsulluğumuzdan Zeynəb Cavadlı ilə bağlı - Açıqlama
- Etibarnamə ilə alınan avtomobillərlə bağlı - Xəbərdarlıq
- Monteneqroya səfər etmək istəyənlərin nəzərinə...